Yenilməz Şəhriyar, ortabab Teymur və qeyri-sabit Vüqar - ARAŞDIRMA
11.01.2010 - 12:00
Yenilməz Şəhriyar, ortabab Teymur və qeyri-sabit Vüqar - ARAŞDIRMA
Azərbaycan şahmatçıları Türkiyənin Bursa şəhərində keçirilən komandalararası dünya çempionatında fərqli nəticə göstərirlər. Apasport.az saytının hesablamalarına görə, yığmamızın ən məhsuldar üzvü Şəhriyar Məmmədyarovdur. İndiyədək gerçəkləşən hər 6 oyunda çıxış edən 25 yaşlı zəka sahibi məğlubiyyətin nə olduğunu bilmir. O, ardıcıl 5 qələbəyə imza atıb və yalnız axırıncı turda xal bölgüsünə razılaşıb.

Uzun müddət milli komandamızı birinci taxtada təmsil etmiş Teymur Rəcəbov yerini dəyişməsinə baxmayaraq, yenə öz ampulasındadır. Heç-heçəyə meylli beynəlxalq qrossmeysterimiz 4 dəfə bərabərliyə imkan verib.

Yığmamızın kapitanı Zurab Azmayparaşvilinin ilk dəfə birinci taxtanı tapşırdığı Vüqar Həşimov isə ümidləri doğrultmur. Hərçənd, onun startı heç də pis alınmamışdı: 2 oyuna 1,5 xal. Lakin sonradan Həşimov ardıcıl 3 partiyada məğlubiyyət acısı daddı. Görünür, nəticənin belə aşağı düşməsinə yorğunluq amili də öz təsirini göstərib. Buna görə də, VII turda Vüqarın ehtiyatda saxlanılması zərurəti yaranıb.

Digər 3 şahmatçımızdan isə Qədir Hüseynovu fərqləndirmək mümkündür. Hər halda, o, milli komandamızın heyətində uduzmayan 3 oyunçudan biridir. Zəka sahiblərimizin vəziyyəti öz xeyirlərinə dəyişmələri üçün daha 3 gün vaxtları var. Dünya çempionatı yanvarın 13-də başa çatacaq.

Şahmatçılar

I tur

II tur

III tur

IV tur

V tur

VI tur

Vüqar Həşimov

0,5

1

0

0

0

0,5

Teymur Rəcəbov

0,5

-

0,5

0,5

1

0,5

Şəhriyar Məmmədyarov

1

1

1

1

1

0,5

Rauf Məmmədov

0,5

-

-

0

-

0,5

Qədir Hüseynov

-

0,5

0

-

-

-

Nicat Məmmədov

-

0,5

-

-

1

-




Şahmatçılar

Oyun

Xal

Şəhriyar Məmmədyarov

6

5,5

Teymur Rəcəbov

5

3

Vüqar Həşimov

6

2

Nicat Məmmədov

2

1,5

Rauf Məmmədov

3

1

Qədir Hüseynov

2

0,5

0