Milli komandamızı Ermənistana çağırırlar
15.01.2010 - 13:07
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası fevralın 13-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Dünya Kubokuna dəvət alıb. Lent.az-ın “term.am”a istinadən verdiyi məlumata görə, Ermənistan Güləş Federasiyası Azərbaycana rəsmi dəvət göndərib.
İki gün davam edəcək yarış Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək. Yarışa Rusiya, Gürcüstan, Türkiyə, Macarıstan, İran və Kuba yığmalarının qatılacağı dəqiqləşib. Milli komandamız ötən il dünya çempionatında ümumi hesabda 3-cü yeri tutduğu üçün Dünya Kubokuna vəsiqəni təmin edib.
Azərbaycan Güləş Federasiyasından isə Lent.az-a bildirilib ki, hələlik yığmamızın Dünya Kubokunda iştirak edib-etməyəcəyinə dair qərar verilməyib.
Qeyd edək ki, güləş üzrə belə nüfuzlu yarış Ermənistanda ilk dəfə keçiriləcək.

- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
0
0