Ölkə çempionatının finalçıları müəyyənləşdi
19.01.2010 - 02:49
“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən boks üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib. apasport.az saytının xəbərinə görə, finalda Nurlan Qasımov Elvin Məmişzadə ilə (48 kq), Nihad Seyidov Məhəmməd Həmidovla (51 kq), Fərid Abdullayev Rəhim Nəcəfovla (54 kq), Elşən İsmayılov Şahramazan Fəzərxanovla (57 kq), Ruslan Qasımov Heybətullah Hacıəliyevlə (60 kq), Ramal Amanov Sadiq Eynullayevlə (64 kq), Emin Məhərrəmov Emil Əhmədovla (69 kq), Rahib Bəylərov Ramil Əliyevlə (75 kq), Teymur Məmmədov Dmitri Əbülfətovla (81 kq), Sərxan Cabbarov Hafiz İsgəndərovla (91 kq) və Fərid Paşayev Rəşad Abdullayevlə (+91 kq) qarşılaşacaq.
Final görüşləri bu gün keçiriləcək.
AzərTac
Final görüşləri bu gün keçiriləcək.
AzərTac
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0