Fərid Mansurov İstanbula yollanır
23.01.2010 - 16:01
Azərbaycan pəhləvanları yığması səfərə hazırlaşır. Apasport.az saytının xəbərinə görə, yunan-Roma güləşi üzrə milli komandamız yanvarın 30-da İstanbulda Vehbi Emrenin xatirəsinə keçiriləcək beynəlxalq turnirə qatılacaq.
Ənənəvi xarakter daşıyan yarışda yığmamızı Elçin Əliyev, Qadir Süleymanov (hər ikisi 55 kq), Vitali Rəhimov, Həsən Əliyev (hər ikisi 60 kq), Elmin Əhmədov, Rüstəm Əliyev (hər ikisi 66 kq), Fərid Mansurov, Rafiq Hüseynov (hər ikisi 74 kq) və Şalva Qadabadze (84 kq) təmsil edəcək.
Komandamız turnirə məşqçilər Akif Əliyev və Vüqar Aslanovun rəhbərliyi altında yollanacaq.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0