Azərbaycan federasiyası FAİ-yə aktiv üzv seçildi
27.01.2010 - 12:22
Azərbaycan federasiyası FAİ-yə aktiv üzv seçildi
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Beynəlxalq Aviasiya Federasiyasının (Federation Aeronautique İnternationale, FAI) aktiv üzvü seçilib. Milli federasiyanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qurum bu beynəlxalq təşkilata üzv olan ilk və yeganə Azərbaycan təmsilçisi olub.

Dünyada mülki və idman aviasiyası üzrə standartları və ictimai münasibətləri müəyyən edən FAİ-də 120-dən artıq ölkə təmsil olunub. Məhz onların nümayəndələrindən seçilmiş İdarə Heyəti Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasını aktiv üzvlüyə qəbul edib. Bu isə o deməkdir ki, artıq Azərbaycan FAİ Katibliyinin təsdiq etdiyi idman lisenziyaları ilə mötəbər yarışlarda iştirak edə biləcək. Bununla bağlı FAİ-nin baş katibi Maks Bishopun imzası ilə federasiyaya daxil olan təbrik məktubunda Azərbaycanın bu təşkilata üzvlüyündən məmnunluq ifadə olunub.
0