Milli komandamız Estoniyaya gedir
09.02.2010 - 15:27
Azərbaycanın bədii gimnastika üzrə yığma komandası fevralın 12-də Estoniyanın Tartu şəhərində start götürəcək “Miss Valentina” beynəlxalq turnirində iştirak edəcək. Apasport.az saytının xəbərinə görə, yeniyetmələrin yarışında Jalə Qaratova, Lalə Yusifova, Aişə Mustafayeva, Yekaterina Prokopenko, Mənsurə Bağıyeva mübarizə aparacaq. Lalə, Aişə və Mənsurə həmçinin, Aynur Cabbarlı və Siyanə Vasilyeva ilə birlikdə qrup yarışlarına qatılacaq.
Tanınmış qadın gimnastların mübarizəsində ölkəmizi Aliyə Qarayeva, Anna Qurbanova və Dina Qorina, habelə Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Nigar Mirzəyevadan ibarət qrup komandası təmsil edəcək.
AzərTac

- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
0
0