Vadimi elə meydanda döydülər - FOTO
10.02.2010 - 16:55
Rusiya çempionatında növbəti qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu dəfə xoşagəlməz hadisələr topla hokkey üzrə qarşılaşma zamanı yaşanıb. Moskvaətrafı Krasnoqorskini təmsil edən “Zorki” ilə “Kuzbass” arasında görüş hakimin başında “çatlayıb”.
Meydan sahiblərinin 7:4 hesabı ilə qalib gəldiyi qarşılaşmada fit çalan Vadim Morozov elə meydandaca əzişdirilib. Onun 68-ci dəqiqədə verdiyi mübahisəli qərarla razılaşmayan qonaqlar onun üzərinə atılıblar. Kemerovo təmsilçisinin 25 yaşlı yarımmüdafiəçisi Denis Kriuşenkov hokkey ağacı ilə Morozova bir zərbə də ilişdirib. Hakimin köməyinə gələn həmkarları idmançını meydandan qovmağı bacarıb.

- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
0
0