“Ah İstanbul, İstanbul, olalı...”
11.02.2010 - 11:56
“Ah İstanbul, İstanbul, olalı...”
Fevralın 12-14-də Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 38-ci beynəlxalq turnir keçiriləcək. Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa sərbəst və qadın güləşi üzrə yığmalarımız da qatılacaq. Bundan başqa, İstanbulda Türkiyə, Ukrayna, Türkmənistan, Fransa, Tunis, Kanada, İtaliya, Belarus, ABŞ, Finlandiya, Slovakiya, İran, Monqolustan, Rumıniya, Bolqarıstan və Qazaxıstan pəhləvanları da qüvvələrini sınayacaqlar.

Sərbəst güləş üzrə milli komandamız turnirə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yollanır. Yaşar Doğunun xatirə turnirində yığmamızı Maxmud Maqomedov, Yaşar Əliyev (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev, Zəlimxan Hüseynov (hər ikisi 60 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev, İbrahim Yusubov (hər ikisi 74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq), Toxtar Temrezov və Aslan Dzebisov (hər ikisi 120 kq) təmsil edəcək.

Qadınların yarışında isə Regina Yarova (51 kq), Sona Əhmədli, Nadiya Qradyuk (hər ikisi 55 kq), Yuliya Radkeviç (59 kq), Olesya Zamula (63 kq), Katerina Dombrovskaya, Zümrüd Qurbanhacıyeva (hər ikisi 67 kq), Nadejda Sementsova və Dina İvanova (hər ikisi 72 kq) güləşəcək. Xanım idmançılarımızı turnirə böyük məşqçi Kurban Kurbanov və məşqçi Arif Fərmanov hazırlaşdırıb.

Yarışın proqramı:
12 fevral


Kişilər: 55 kq və 74 kq
Qadınlar: 48 kq, 59 kq və 72 kq

13 fevral

Kişilər: 60 kq, 84 kq və 120 kq
Qadınlar: 51 kq və 63 kq

14 fevral

Kişilər: 66 kq və 96 kq
Qadınlar: 55 kq və 67 kq