Məşhur boksçuya xanımını öpmək qadağan edildi! - FOTO
11.02.2010 - 13:21
Tanınmış boksçu Evander Holifildə həyat yoldaşına yaxınlaşmasına qadağa qoyulub. Apasport.az saytına məlumatına görə, məhkəmə dördqat dünya çempionuna xanımı ilə yanaşı, uşaqlarına 500 metrdən yaxın gəlməyi qadağan edib.
Bu, dünya şöhrətli idmançının üçüncü həyat yoldaşı Kandi Holifildin polisə müraciətindən sonra reallaşıb. Belə ki, Kandi ərinin zorakılığından onu qurtarmağı asayiş keşikçilərindən xahiş edib. O, polisə yazdığı müraciətdə ərinin onu əvvəllər də döydüyünü göstərib: “2008-ci ildə Evander məni qızımızın və evdəki qulluqçumuzun qarşısında boğurdu. O, növbəti il məni uşaqlarımın gözü qarşısında vurdu, mənə qarşı kobud rəftar etdi. Bir neçə həftə əvvəl isə üstümə içərisində su olan butulka atdı”.
Boksçu hələlik bu qalmaqalla bağlı yerli hökumət orqanlarına müraciət etməyib. Onların ilk məhkəməsi fevralın 18-ə təyin olunub. Kandi həmin qadağanın daimi olmasına çalışmaqla yanaşı, ona məxsus olan “Porş Kayenn” və “Mercedes” markalı avtomobillərin verilməsini tələb edir.

- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
0
0