Kliçko 2 milyon dollara Valuyevi döyüşə çağırdı
12.02.2010 - 10:51
Ukraynalı peşəkar boksçu, WBC versiyası üzrə dünya çempionu Vitali Kliçko Rusiya “nəhəng”i Nikolay Valuyevi növbəti dəfə döyüşə çağırıb. Apasport.az saytının məlumatına görə, Kliçko WBA versiyasında sabiq dünya çempionu olan Valuyevə 2 milyon dollar mükafat təklif edib.
“Biz danışıqları davam etdiririk. Valuyev Don Kinqlə müqavilə bağlamaqla, böyük səhv buraxıb. O, mənimlə döyüş üçün 4 milyon dollar qonorar istəyir, halbuki çempion olsa belə, heç bu qədər qazana bilməz. Mən ona rəsmi təklif göndərirəm: mükafat 2 milyon dollardır. Valuyev bununla razılaşsa, döyüşümüz bu ilin mayında baş tutacaq” - deyə Kliçko vurğulayıb.
Ukraynalı idmançı onu da əlavə edib ki, Valuyev gələn həftəyə qədər müsbət cavab verməyəcəyi təqdirdə, başqa boksçu ilə müqavilə bağlanılacaq.
Qeyd edək ki, Kliçko və Valuyev arasında döyüşün təşkili üçün təxminən 1 ildir danışıqlar gedir.

- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
0
0