Yığmamızın məşqçisi həkim nəzarəti altında
12.02.2010 - 11:31
“Yunan-Roma güləşi üzrə milli komandanın böyük məşqçisi Otar Tatişvili istefa verməyib. Sadəcə, səhhətində yaranan problem üzündən müvəqqəti olaraq, yığmadan kənardadır”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Güləş Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aysel Osmanlı deyib.
Federasiya rəsmisi yunan-Roma güləşi üzrə yığmanın məşqçilər korpusunda dəyişiklik olmadığını bildirib. Aysel Osmanlı vurğulayıb ki, 63 yaşlı gürcüstanlı çalışdırıcı müalicə kursunu bitdikdən sonra fəaliyyətini davam etdirəcək: “Hazırda Tatişvili həkim nəzarəti altındadır. Düzü, müalicə kursunun nə qədər olacağını bilmirəm. Səhhətindəki problem aradan götürüldükdən sonra yığmamızın böyük məşqçisi öz işinə dönəcək”.
Qeyd edək ki, Tatişvili ötən ilin mayında milli komandamızda böyük məşqçi vəzifəsinə təyin olunub.

- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
0
0