İstanbul turniri: pəhləvanlarımız Türkiyəni “talan etdilər”
14.02.2010 - 22:11
Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə 38-ci beynəlxalq turnir Azərbaycan yığmasının möhtəşəm çıxışı ilə yadda qalıb. Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa qatılan 20 pəhləvanımızdan 15-i fəxri kürsüyə yüksəlib.
Belə ki, təmsilçilərimiz ümumilikdə 8 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıblar. 24 ölkədən 300-ə yaxın pəhləvanın qatıldığı turnirdə komanda hesabında da yığmamız fərqlənib. Azərbaycan həm sərbəst (4 qızıl, 2 gümüş və 1 bürünc medal), həm də qadın güləşi üzrə (4 qızıl, 2 gümüş, 2 bürünc medal) komanda hesabında birinci yeri tutub.
Qızıl medal:
Kişilər: Mahmud Maqomedov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq).
Qadınlar: Sona Əhmədli (59 kq), Olesya Zamula (63 kq), Nadejda Sementsova (67 kq), Dina İvanova (72 kq).
Gümüş medal:
Kişilər: Emin Əzizov (66 kq), Toxtar Temrezov (120 kq).
Qadınlar: Katerina Dombrovskaya (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq).
Bürünc medal:
Kişilər: Çamsulvara Çamsulvarayev (74 kq).
Qadınlar: Nadiya Qradyuk (55 kq), Gözəl Zutova (63 kq).

- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
0
0