Həşimov 48-ci gedişdə “ağ bayraq” qaldırdı
15.02.2010 - 10:03
Azərbaycan şahmatçısı Vüqar Həşimov İspaniyada təşkil olunan ənənəvi “Linares-2010” superturnirinin II turunda uğursuzluğa düçar olub. Apasport.az saytının məlumatına görə, 24 yaşlı həmyerlimiz bolqarıstanlı Veselin Topalova uduzub. Qara fiqurlarla mübarizə aparan Həşimov 48-ci gedişdə “ağ bayraq” qaldırıb.
İlk turda yarım xalla kifayətlənmiş Vüqar hazırda Boris Qelfandla birgə 5-6-cı yerləri bölüşdürür. Şahmatçımız bu gün Aleksandr Qrişukla qüvvəsini sınayacaq. Ümumi mükafat fondu 215 min avro olan yarışda 10 tur oynanılacaq və fevralın 24-də başa çatacaq.
II tur
Veselin Topalov (Bolqarıstan, 2805) - Vüqar Həşimov (2759) - 1:0
Aleksandr Qrişuk (Rusiya, 2736) - Boris Qelfand (İsrail, 2761) - 1:0
Fransisko Valyexo (İspaniya, 2705) - Levon Aronyan (Ermənistan, 2781) - 0,5:0,5
Turnir cədvəli: 1-2.Topalov, Qrişuk - 1,5 xal; 3-4.Valyexo, Aronyan - 1; 5-6.Həşimov, Qelfand - 0,5

- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
0
0