Milli komandamız 10-cu yeri tutdu
15.02.2010 - 10:53
Cüdo üzrə Azərbaycan milli komandası Avstriyanın paytaxtı Vyanada keçirilən kişilər arasında Dünya Kuboku uğrunda yarışı ilk “onluq”da başa vurub. Apasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparan iki təmsilçimizdən biri - Tərlan Kərimov (66 kq) fəxri kürsüyə yüksəlib. Bürünc medala layiq görülmüş Kərimovdan fərqli, Elxan Rəcəbli (81 kq) 7-ci sırada qərarlaşıb. Yekunda yığmamız 25 kollektiv arasında 10-cu yeri tutub.
Macarıstanın paytaxtı Budapeştdə baş tutan qadınların analoji yarışında isə Azərbaycan 32 komanda arasında 17-32-ci yerləri bölüşdürüb. Bu isə o deməkdir ki, yeganə xanım cüdoçumuz Ramilə Yusubova ilk “7-liy”ə düşə bilməyib. O, ikinci mərhələdə mübarizəni dayandırıb.

- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
0
0