2 nəfərlik yığmamız Türkiyəyə gedir
03.03.2010 - 19:10
2 nəfərlik yığmamız Türkiyəyə gedir
Cüdoçu qadınlardan ibarət Azərbaycan yığması növbəti səfərə hazırlaşır. Apasport.az saytının məlumatına görə, millimiz martın 10-da Türkiyəyə yollanacaq.

Maraqlıdır ki, yığma komandamızın heyətinə cəmi iki cüdoçu - Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) cəlb olunublar. Avropa çempionlarımıza məşqçi İbadulla Şabanov rəhbərlik edəcək. Təlim-məşq toplanışında cüdoçularımız Türkiyə, Rumıniya, Bolqarıstandan olan həmkarları ilə hazırlaşacaqlar. Hazırlıq 12 gün davam edəcəyindən, qızlarımız Novruz bayramını ailələrindən ayrı keçirəcəklər.

Qeyd edək ki, Kifayət Qasımova ötənilki dünya çempionatından sonra ilk dəfə ciddi toplanışa qatılacaq. Hollandiyada keçirilən mundialda zədələnib əməliyyat olunan Qasımova ondan bəri yalnız fərdi məşqlərlə kifayətlənirdi. Ramilə Yusubova Kifayətlə müqayisədə təcrübəsizdir. O, cari ildən böyüklər arasında yarışmağa başlayıb.
0