Azərbaycan Boks Federasiyası AIBA ilə müqavilə bağlayır
11.03.2010 - 16:25
Azərbaycan Boks Federasiyası AIBA ilə müqavilə bağlayır
Sabah Azərbaycan Boks Federasiyası ilə Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) arasında müqavilə imzalanacaq. Bu haqda apasport.az saytına ABF-in I vitse-prezidenti Ağacan Abıyev məlumat verib. Onun sözlərinə görə, müqavilə Bakıda gənclər arasında dünya çempionatının keçirilməsinə aiddir.

“Öncə tərəflər arasında ilkin razılıq əldə olunmuşdu. Daha sonra müqavilənin hüquqi, maliyyə və marketinq tərəfləri işlənilib, hazırlanıb. Artıq bu sənəd tam hazırdır” - deyə Abıyev vurğulayıb.

“Excelsior” otelində keçiriləcək tədbirdə müqaviləyə ABF prezidenti Kəmaləddin Heydərov və onun AIBA-dakı həmkarı Çinq-Kuo Vu imza atacaqlar. AIBA prezidenti bu axşam paytaxtımıza təşrif buyuracaq. Yeniyetmələrin I Olimpiya Oyunlarına da lisenziya xarakteri daşıyacaq dünya çempionatı 20 aprelin - 2 may aralığında baş tutacaq.
0