Yığmamız “TURK-PA CUP” turnirində
12.03.2010 - 12:43
13-14 martda Ankarada sərbəst və yunan-Roma güləşi üzrə “TURK-PA CUP” beynəlxalq turniri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Türkiyə Parlamentinin yaranmasının 90 illiyinə həsr olunmuş yarışda Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan komandaları iştirak edəcək.
Yarışda ölkəmizin idman şərəfini hər iki seçmə komandamız qoruyacaq. Sərbəst üsulla mübarizə aparanların rəqabətində tam heyətlə çıxış edəcəyik: Ceyhun Əliyev (55 kq), Xaybulla Şaalov (60 kq), Ruslan Dibirhacıyev (66 kq), Aliq Quliyev (74 kq), Novruz Temrezov (84 kq), Cəmaləddin Məhəmmədov (96 kq), Toxtar Temrezov (120 kq).
Birincilərdən fərqli, «klassik»lərin mübarizəsində məşqçilər korpusu ehtiyat güləşçilərin xidmətindən də istifadə etmək niyyətindədir. Bu məqsədlə yunan-Roma güləşi millimiz Türkiyəyə geniş tərkibdə yollanıb: Taleh Məmmədov, Orxan Əhmədov (hər ikisi 55 kq), Anar Əsədov, Fuad Əliyev (hər ikisi 60 kq), Rüstəm Əliyev (66 kq), Emin Əhmədov, Elvin Mürsəliyev (hər ikisi 74 kq), Asif Arzumanov (84 kq), Araz Həsənov (96 kq), Zaur Mehrəliyev (120 kq).

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0