Kəmaləddin Heydərov: Hədəfimiz dünya boksunda ilk “5-liy”ə düşməkdir
12.03.2010 - 14:12
“Bizim hədəfimiz dünya boksunda ilk “5-liy”ə düşməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov deyib.
Federasiya rəhbəri Azərbaycan boksunun tezliklə öz layiqli yerini tutacağına əmin olduğunu bildirib: “İnanıram ki, idmançılarımız onlar üçün yaradılan şəraitdən istifadə edərək, boksumuzu yüksək pillələrə doğru daşıyacaqlar. Buna 2010-cu ildə olmasa da, yaxın illərdə nail olacağıq. AIBA-nın dəstəyi ilə boks liqasına dair müqavilə bağlamışıq. Bu da boksun inkişafına dəstək olacaq. Sizləri əmin etmək istərdim ki, tezliklə Azərbaycan boksu AIBA-da layiqli yerini tutacaq”.
Heydərov, həmçinin vurğulayıb ki, qarşıdakı illərdə ölkəmizdə daha mötəbər turnirlər təşkil olunacaq: “Həqiqətən də ölkəmizdə bunun üçün bütün şərait var. Hazırda federasiyanın ofisi inşa olunur. Gənclərin dünya çempionatından sonra ölkəmizdə daha mötəbər yarışların təşkil edilməsinə şərait yaradılacaq”.

- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
0
0