Həmyerlimiz dünya çempionatının finalına yüksəldi
12.03.2010 - 16:26
Bu gün Qətərin paytaxtı Dohada atletika üzrə kişi və qadınlar arasında dünya çempionatı start götürüb. Lent.az-ın məlumatına görə, qapalı salonda keçirilən yarışda Azərbaycanı Layeş Abdullayeva və Hayle İbrahimov təmsil edirlər.
Hər iki idmançı 3000 metr məsafəyə qaçışda qüvvələrini sınayırlar. Artıq Abdullayeva ilkin mərhələ yarışlarına qatılıb. Atletimiz bu məsafəni 8 dəqiqə 49,65 saniyəyə qət edərək, öz yarımqrupunda 11 iştirakçı arasında 4-cü olub. O, Efiopiya, Keniya və Türkiyə təmsilçilərindən geri qalıb. Bu nəticə ilə Abdullayeva finala yüksəlib. Həlledici mərhələ martın 13-də keçiriləcək. Finalda ümumilikdə 12 atlet yarışacaq.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0