Rusiya Azərbaycan milli komandasında “lipa” tapdı
10.04.2010 - 13:08
Rusiyanın İdman Güləşi Federasiyası (RİGF) Azərbaycandan FİLA-ya şikayət edib. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, şimal qonşularımız beynəlxalq qurumun prezidenti Rafael Martinettiyə göndərdikləri rəsmi məktubda yığmamızın Mahmud Maqomedovu qanunsuz milliləşdirdiyini bildiriblər.
Ruslar Maqomedovun Bakıda Avropa çempionatı öncəsi yığmamıza keçidini FİLA-nın qaydalarına zidd sayırlar. RİGF-nin və Avropanın Güləş Komitəsinin vitse-prezidenti Georgi Bryusov şikayətlərini belə əsaslandırıb: “FİLA-nın reqlamentinə əsasən, güləşçi digər ölkənin yığmasında milliləşdirmə ilə bağlı iki il təminat müddəti bitəndən sonra çıxış edə bilər.
Buna görə də biz Mahmud Maqomedovun adının Azərbaycan yığmasının Bakıda Avropa çempionatına sərbəst güləş yığmasının iştirak ərizəsində görəndə pis mənada təəccübləndik. Dağıstan güləş məktəbinin yetirməsi olan Maqomedov ötən il Qolden Qran-Pi seriyası çərçivəsində İvan Yarıqinin xatirəsinə həsr olunan turnirdə 55 kq-da bürünc medalçı olub. Bundan iki ay sonra yığmamızın heyətində İranda Dünya Kubokunda çıxış edən Mahmudun milliləşdirilməsi ilə bağlı iki il fasilədən söhbət belə gedə bilməz”.

- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
0
0