Ağır atletimiz Avropa çempionatında gümüş medal qazandı
10.04.2010 - 22:35
Belarusun paytaxtı Minskdə ağır atletika üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, bu gün mübarizəyə qoşulan Azərbaycan idmançısı gümüş medala sahib çıxıb.
Həmyerlimiz Rövşən Fətullayev 94 kq çəki dərəcəsində birdən qaldırmada 175, təkanla qaldırmada 215 kq nəticə göstərib. İki növün yekununda 390 kq nəticə göstərən atletimiz qızıl mükafatçıdan cəmi 2 kq geri qalıb.
Bu, komandamızın Avropa çempionatında qazandığı ikinci medal olub. Yarışların ilk günü idmançılarımızdan Zülfüqar Süleymanov bürünc medalla üçüncü yeri tutmuşdu.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0