“Ümidimiz iki Elxanadır”
22.04.2010 - 09:53
“Avropa çempionatında daha çox Elxan Rəcəbli ilə Elxan Məmmədova ümid edirik. Çünki onlar daha təcrübəli və beynəlxalq arenada öz sözlərini demiş cüdoçulardırlar”. Bu fikirləri Lent.az-a açıqlamasında cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə deyib.
Aprelin 22-də Avstriyanın paytaxtı Vyanada start götürəcək Avropa çempionatı haqda danışan baş məşqçi yarışa yollanan 5 cüdoçumuzun imkanlarını dəyərləndirib. Axundzadənin fikrincə, qitə birinciliyi may ayından etibarən başlanacaq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərdə çıxış etməyə qadir gənc cüdoçularımızın imkanlarını öyrənmək baxımından da əhəmiyyətlidir. Baş məşqçi heyətdə yer alan Elmar Qasımovun (100 kq) ötən il Ermənistanın paytaxtı İrəvanda keçirilmiş gənclər arasında Avropa çempionatında qızıl, İlqar Müşkiyevin (60 kq) isə gümüş medal qazandığını xatırladıb. O, daha bir təmsilçimiz Tərlan Kərimovun (66 kq) fevralın 13-də məhz Vyanada baş tutmuş Dünya Kubokunda bürünc medala layiq görüldüyünü vurğulayıb.
Amma Axundzadə Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədovun (90 kq) imkanlarını daha yüksək qiymətləndirib. Onun fikrincə, hər iki cüdoçumuzun indiyədək Avropa və dünya çempionatlarında medal qazanmaq təcrübəsi var: “Məmmədov iki il öncə Avropa çempionatında gümüş medal qazanıb. Rəcəbli isə 9 il əvvəl dünya çempionatında bürünc medal əldə edib. Onlar Dünya Kuboku və digər nüfuzlu yarışlarda da fəxri kürsüyə yüksəlməyi bacarıblar. Bütün bunları nəzərə alaraq, Avropa çempionatında daha çox iki Elxandan medal gözlədiyimizi deyə bilərəm”.
Qeyd edək ki, Çempionatın birinci günü tatami üzərinə İlqar Müşkiyev və Tərlan Kərimov, ikinci günü Elxan Rəcəbli, üçüncü günü isə Elxan Məmmədov və Elmar Qasımov çıxacaqlar. Yarışda ümumilikdə 44 ölkənin 300 kişi və qadın cüdoçusu mübarizə aparacaq.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0