Avropa çempionumuz: Mən bu qələbəni Azərbaycan xalqına həsr edirəm
17.05.2010 - 15:40
“Mən bu qələbəni xalqıma həsr edirəm. Sankt-Peterburqda fəxri kürsünün ən yüksək pilləsində yer alarkən və himnimiz səslənərkən, sevincimin həddi-hüdudu yox idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Rusiyada taekvondo üzrə keçirilən Avropa çempionatında qızıl medal qazanan Təvəkkül Bayramov bildirib.
Avropa çempionatında zirvəyə yüksəlməyin heç də asan olmadığını deyən Bayramov ən çətin döyüşünü yarımfinalda yunan idmançısına qarşı olduğunu söyləyib: “Çempionata yollanarkən yarışın gərgin keçəcəyini bilirdim. Çünki mən Rusiyada ilk dəfə öz çəkimdə deyil, yuxarı çəkidə mübarizə apardım. Amma yarışda ən çətin döyüşümün yarımfinalda yunan taekvondoçusuna qarşı keçirdim. Son Avropa çempionu və Olimpiya Oyunlarının ikiqat finalçısı olan yunanın boyu 2 metrə yaxın olsa da, bəxtdən vurduğum hər zərbə xalla nəticələndi. Bundan sonra final görüşüm də gərgin keçdi. Lakin özümdə güc taparaq, Avropa çempionu adını qazandım”.
+87 kq çəki dərəcəsində ilk dəfə mübarizə aparan Bayramov növbəti yarışlarda öz çəki dərəcəsinə (87 kq) qayıtmaq arzusundadır: “Məşqçilər korpusu ilə söhbət edəcəyəm. Ağır çəkidə mübarizə aparmaq mənim üçün çox çətindir. Çünki mənim çəkim 85-86 kq olduğu halda, özümdən 15-20 kq ağır idmançılarla qüvvəmi sınayıram. Çəkilərindən əlavə, onlar boy baxımından da çox hündür olurlar. Bunun üçün rəqiblərim fiziki cəhətdən güclüdürlər. Amma müəllimlərimin nə qərar verəcəyini dəqiq deyə bilmərəm. Onlar yenidən bu çəkidə yarışmağımı təkid etsələr, +87 kq çəkidə mübarizə aparacağam”.
Komanda yoldaşlarının zəif çıxış etməsində yeni elektron jiletlərin rol oynadığını deyən Avropa çempionumuz əvvəlcədən medal qazanacağına inanırmış: “İlk görüşlərdən sonra medal qazana biləcəyim aydınlaşdı. Yarımfinalda məni çətin rəqibin gözlədiyindən bürünc medal qazanacağımı düşünürdüm. Lakin onunla döyüşdə əzmkarlıq nümayiş etdirərək, “nəyə görə qızıl qazanmayım” dedim. Bu qələbə isə mənə finalda da əlavə güc verdi və nəticədə Rusiyadan vətənə çempion kimi qayıtdım”.
Tahir HÜMMƏTOV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0