Milli komandamız Avropa çempionatına Ukraynada hazırlaşacaq
18.05.2010 - 10:01
Avropa çempionatına hazırlaşan boks üzrə Azərbaycan yığması təlim-məşq toplanışını bu gün başa vurur. Bu barədə apasport.az saytına milli komandanın məşqçisi Nəriman Abdullayev məlumat verib. Onun sözlərinə görə, hazırlığın növbəti mərhələsi Ukraynada baş tutacaq: “Qitənin ən mötəbər yarışına hazırlıq əvvəlcədən hazırladığımız plan üzrə gedib. Kubalı məşqçilər komandanın hazırlığından razıdırlar. Hazırda yığmada heç bir problem olmadığından, əhval-ruhiyyə də yüksəkdir. Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində məşqlərimizi yekunlaşdıracağıq. Hazırlığımızın növbəti mərhələsini isə Ukraynada davam etdirəcəyik. Buraya mayın 19-da 13 boksçu ilə yollanmağı planlaşdırırıq. Ukraynada təlim-məşqi iyunun 3-də başa vuracağıq. Avropa çempionatının keçiriləcəyi Moskvaya isə birbaşa Ukraynadan gedəcəyik. İnanırıq ki, boksda olan canlanma Avropa çempionatında da davam edəcək və idmançılarımız Rusiyadan medallarla qayıdacaq”.
Abdullayev bildirib ki, çəkilər üzrə əsas mübarizə 60 kq-da gedir: “Bu çəkidə sözün həqiqi mənasında seçim etmək asan deyil. Baş məşqçimiz tezliklə İsmət Eynullayev, Ramal Amanov və Emil İksanov arasında seçim edəcək. İlk iki idmançı boks məktəbimizin yetirmələri olsa da, sonuncu rusiyalıdır. Təxminən 1 ildir komanda ilə məşq edir. Lakin 1 dəfə beynəlxalq turnirdə iştirak edib və çıxışı uğurlu alınmayıb”.
Qeyd edək ki, boks üzrə Avropa çempionatı iyunun 5-də start götürəcək və 7 gün davam edəcək.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0