Nizami Paşayevin tələbələri podiuma çıxır
18.05.2010 - 13:10
Bu gün İspaniyanın Valensiya şəhərində ağır atletika üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan yığması 8 idmançı ilə 6 çəkidə mübarizə aparır.
Təqviminə əsasən, Nizami Paşayevin yetirmələrindən Paşa İbrahimov və Məhəmməd Seyidov (hər ikisi 50 kq) podiuma sabah çıxacaqlar. Həmin gün 56 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Elxan Əliquluzadə də nəyə qadir olduğunu nümayiş etdirəcək.
Həmin gün Ceyhun Tağızadə və Firudin Quliyevin (hər ikisi 62 kq) nə qədər ağırlığın öhdəsindən gəldiyi bəlli olacaq. Mayın 20-də Nicat Rəhimov (69 kq) mübarizəyə qoşulacaq. Komandamızın ağırçəkili atletləri Nailxan Nəbiyev (85 kq) mayın 21-də, Ağazaman Əliyev (+94) isə çempionatın son günündə - mayın 22-də qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa birinciliyi həm də Sinqapur-2010-a lisenziya xarakteri daşıyır. Lakin Azərbaycan komandasının heyətində Nailxan Nəbiyev bu hüququ qazandığından digər idmançılarımıza gənclərin ilk Olimpiadasında iştirak hüququ verilməyəcək.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0