5 ölkənin milli komandası Bakıya gəlir
18.05.2010 - 14:53
Mayın 20-23-də Bakıda keçiriləcək qılıncoynatma üzrə beynəlxalq “Baku Fencing Cup” turnirində iştirak edəcək ölkələrin sayı dəqiqləşib. Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Almaniya, Gürcüstan, İran və Türkiyə komandaları mübarizə aparacaqlar.
Beynəlxalq Qılıncoynatma Federasiyasının təqvimində yer alan “Baku Fencing Cup”da 70-80 qılıncoynadan iştirak edəcək ki, onlardan da 30 nəfəri ölkəmizi təmsil edəcək.
Məmmədovun sözlərinə görə, yarışın təntənəli açılış mərasimi nəzərdə tutulmayıb: “Bakıda keçirilən dünya birinciliyi az öncə başa çatdığından “Baku Fencing Cup”ın təntənəli açılış mərasimi nəzərdə tutulmayıb. Bunun üçün beynəlxalq qurumdan qonaqlarımız da olmayacaq. Ancaq Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Nazim İbrahimov mükafatlandırma mərasimində iştirakı edəcək”.
Qeyd edək ki, turnirə Özbəkistan, Qırğızıstan və Latviya komandalarının gələcəyi gözlənilsə də, onlar son anda iştirakdan imtina ediblər.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0