Ağır atletlərimiz İspaniyada daha 1 gümüş medal qazandılar
22.05.2010 - 09:25
İspaniyanın Valensiya şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışda uğurlu çıxış edən Nizami Paşayevin yetirmələri medal kolleksiyasını daha da zənginləşdiriblər.
Belə ki, 85 kq çəki dərəcəsində Azərbaycanın idman şərəfini qoruyan Nailxan Nəbiyev birdənqaldırmada 150 kq çəkini ram edərək, kiçik gümüş medala layiq görülüb. Sinqapur-2010-a da lisenziyanın sahibi olan idmançımız təkanla da 177 kq çəkinin öhdəsindən gəlib. Bu isə komandamızın üzvünə kiçik bürünc medal qazandırıb.
Həmyerlimiz ümumu nəticədə də medalsız qalmayıb. İki hərəkətin cəmində 327 kq qaldıran ağır atletimiz fəxri kürsünün ikinci pilləsinə qalxıb. Avropa çempionu adını 333 kq (149 kq + 184 kq) qaldıran belaruslu Uladzimir Yakuta tutub. Üçüncü yer isə rusiyali Aleksey Kosova qismət olub. O, təmsilçimizdə 1 kq az ağırlığın altına “girib” – 326 kq (151 kq + 175 kq).
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Məhəmməd Seyidovun 2 kiçik və 1 böyük gümüş, ikinci günündə Firudin Quliyev 1 kiçik qızıl, 1 kiçik gümüşlə və 1 böyük gümüş medal, üçüncü günündə isə Nicat Rəhimov 1 böyük qızıl, 1 kiçik qızıl və 1 kiçik gümüş medala qazanıblar.
Komandamızın heyətində bu gün başa çatacaq yarışda Ağazaman Əliyev (+94) podiuma çıxacaq.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0