Bu gün Azərbaycan millisi Avropa yığması ilə döyüşəcək
22.05.2010 - 10:02
Bu gün Azərbaycanın qaydasız döyüş üzrə milli komandası Avropa yığmasına qarşı matç keçirəcək. Apasport.az saytının xəbərinə görə, millimizin üzvlərinin rəqibləri müəyyənləşib.
Belə ki, 70 kq çəki dərəcəsində Bəxtiyar Arzumanov və Qreqori Xibadzenin gücünü yoxlayacaq. Aqşin Babayev (76 kq) Gil Sarafı, Aleksandr Butenko Tomas Deakı, Adlan Amaqov (93 kq) isə Attila Veylə münasıbətlərinə aydınlıq gətirəcək. +93 kq-da Azərbaycanın idman şərəfini qoruyan Teymur Əliyev Vladimir Kuçenkovla, Şamil Əbdülmüslümov İlya Şkondriçlə, Abdosaqor Əliyev Aleksandr Qrebenkinlə qüvvəsini sınayacaqlar. Yığma komandamızın ən ağırçəkili üzvü Aleksandr Yemelyanenko (115 kq) serbiyalı Miodraq Petkoviçlə mübarizə aparacaq.
Ölkəmizin tanınmış idmançısı Zabit Samədov isə K-1 döyüşündə nəyə qadir olduğunu nümayiş etdirəcək. O, hollandiyalı Aleksandr Novoviçlə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa komandasının tərkibində Fransa, Rusiya, Slovakiya, Macarıstan, Ukrayna idmançıları yer alıblar.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0