Atletlərimiz Avropa çempionatını 1 qızıl və 3 gümüş medalla başa vurdular
24.05.2010 - 09:41
Atletlərimiz Avropa çempionatını 1 qızıl və 3 gümüş medalla başa vurdular
Valensiyanın İspaniya şəhərində keçirilən gənclər arasında ağır atletika üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, birinciliyin hər günündə medal qazanan Nizami Paşayevin yetirmələri sonuncu günü əliboş qalıblar.

Belə ki, +94 kq çəki dərəcəsində podiuma çıxan Ağazaman Əliyev 261 kq (110 kq + 151 kq) çəkinin öhdəsindən gəlib və çempionatı 11-ci pillədə başa vurub. Bu çəkidə çempion adına 345 kq (158 kq + 187 kq) qaldıran gürcüstanlı Laşa Talaxadze layiq görülüb.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Məhəmməd Seyidovun 2 kiçik və 1 böyük gümüş, ikinci günündə Firudin Quliyev 1 kiçik qızıl, 1 kiçik gümüşlə və 1 böyük gümüş medal, üçüncü günündə isə Nicat Rəhimov 1 böyük qızıl, 1 kiçik qızıl və 1 kiçik gümüş medal, dördüncü günündə isə Nailxan Nəbiyev 1 böyük gümüş, 1 kiçik gümüş və 1 kiçik bürünc medal qazanıb.