“Azərbaycanda hələ belə uğur olmamışdı” - MÜSAHİBƏ
24.05.2010 - 14:00
İspaniyanın Valensiya şəhərində keçirilən gənclər arasında ağır atletika üzrə Avropa çempionatı başa çatıb. Yarışdan 4 medalla qayıdan Azərbaycan yığmasının baş məşqçisi Nizami Paşayev apasport.az saytına müsahibəsində qitə birinciliyində idmançılarımızın çıxışını qiymətləndirib
- Avropa çempionatında komandamızın çıxışını necə qiymətləndirirsiniz?
- Yüksək səviyyədə təşkil edilən birincilik Azərbaycan yığması üçün uğurlu oldu. Bu mötəbər yarışda qazanılan 1 qızıl və 3 gümüş medal bizim üçün gözəl nəticədir. Sözün düzü, yarışa yollanmamışdan əvvəl daha çox medal gözləyirdim. 50 kq çəki dərəcəsində qüvvəsini sınayan Paşa İbrahimli də Valensiyada ən azı üçüncü olmalı idi. Lakin təkanla üçüncü cəhdində ağırlığın öhdəsindən gələ bilmədi. Bundan əlavə, komandamızın heyətində qızıl medalın sayı 1 yox, “2 oldu” deyərdim. Çünki Firudin Quliyevin haqqını hakimlər “yedilər”. Bunu orada iştirak edən bütün dövlətlərin nümayəndələri də gördülər. Quliyevin 145 kq çəkini qaldırdığını təsdiq edən hakimlər 10 dəqiqə sonra qərarlarını dəyişdilər. Bir sözlə, onlar komandamızdan qızıl medalı alaraq, düşmən ölkənin idmançısına verdilər. 85 kq çəki dərəcəsində Nailxan Nəbiyev çempionluğa yaxın olsa da, sonda gümüşlə kifayətləndi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan yığması İspaniyada yeni tarix yazdı. Çünki ağır atletika tariximizdə belə hələ belə uğur olmamışdı.
- Firudin Quliyev qızıl medaldan mərhum olduğu kimi, fəxri kürsünü tərk etdiyi üçün növbəti yarışlardan kənarlaşdırıla bilərmi? Yəni, onun Beynəlxalq Ağır Atletika Federasiyasının hansısa cəzası ilə üzləşmək təhlükəsi yoxdur ki?
- Fikrimcə, yox. Beynəlxalq federasiyanın onu cəzalandırmağa ixtiyarı yoxdur. Çünki Quliyev onlar tərəfindən haqsızlığa məruz qalıb. Bundan əlavə, atletimizə psixoloji zərbə dəyib. Özümü onun yerində təsəvvür edəndə, bu hal mənə də pis təsir edir. Təsəvvür edin ki, Firudin hələ uşaqdır və fikirləşəndə ki, əlindən qızıl medalı alıblar, görün hansı hissləri keçirir. Amma cəza almaq təhlükəsi olsa idi, yarışın sonunda verilən banketdə bu barədə məlumat verərdilər.
- Bəs sonradan belə bir qərar açıqlanarsa, hansı addımları atmağı planlaşdırırsınız?
- Beynəlxalq federasiya tərəfindən belə addım atılarsa, biz də bu barədə öz tədbirimizi görəcəyik. Çünki qaydalara görə, qaldırılan çəkidən sonra növbəti bir yanaşma olubsa, onların əvvəlki çəkini dəyişmək hüquqları yoxdur. Amma buna baxmayaraq, biz Valensiyada belə halla üzləşdik. Bunu orada olan mütəxəssislər də təsdiqlədilər. Hətta mənə yaxınlaşaraq “o uşağı idmandan getməyə qoymayın” deyənlər də oldu. Bu haqsızlıq orada hamını üzmüşdü. Mən isə baş məşqçi kimi Firudinə dedim ki, gümüş medalını qızıl kimi qiymətləndirirəm.
- Quliyevdən bir gün sonra Nicat Rəhimovun qızıl medal qazanmasını hakimlərə jest kimi dəyərləndirmək olarmı?
- Bəli. Rəhimov Azərbaycan yığmasının güclü olduğunu sübut etdi və dövlət himnimizi səsləndirdi.
- Ermənistan mətbuatı Azərbaycan nümayəndə heyətinin onların himni səslənərkən, bayraqlarına arxa çevirdiklərini yazırlar. Bu nə dərəcədə realdır?
- Bu heç də onların yazdığı kimi deyil. Atletimiz medalını aldıqdan sonra fəxri kürsüdən düşüb. Nümayəndə heyətimiz isə heç də onların himni səslənərkən, bayrağa arxa çevirməyib. Yalan söhbətdir.
- Yığmamız bütün çəkilərdə qənaətbəxş nəticə göstərsə də, komandamızın heyətində Ağazaman Əliyev (+94 kq) zəif çıxış etdi.
- Bu çəkidə podiuma çıxan idmançımız perspektiv vəd edir. Mən hazırlıqlara dəvət edəndə, bundan da zəif təsir bağışlayırdı. Lakin gərgin məşqlərin sayəsində 10 kq birdən qaldırmada, 15 kq təkanla qaldırmada artırıb. İnanıram ki, növbəti yarışlarda daha da inamlı çıxış edəcək.
- 62 kq çəki dərəcəsində Polşa yığmasının heyətində Anar Mirzəyev adlı atlet də mübarizə aparırdı. Azərbaycanlı olan bu gənc gələcəkdə komandamıza cəlb edilə bilərmi?
- Həmin atletin çıxışını orada mən də izlədim. Lakin Anarla Valensiyada söhbət edə bilmədim. Yəqin ki, onunla maraqlanacağam. Perspektiv vəd etsə, komandamızda iştirak edə bilər. Bunun üçün ilk növbədə Polşa Ağır Atletika Federasiyası ilə danışıqlar olmalıdır. Amma hələ belə bir şeyin olması gözlənilmir. Düzdür, Anarın Azərbaycan millisinin heyətində mübarizə aparmasında problem olmaz. O vaxt mən də gənc olarkən Rusiya komandasında mübarizə aparırdım. Lakin sonradan doğma ölkəmə - Azərbaycana qayıtdım.
- Qarşıda sizi daha çətin sınaq – Sinqapurda Yeniyetmələrin I Olimpiya Oyunları gözləyir. Bu yarışda nəyə ümid edirsiniz?
- Gənc atletlərin uğurları hələ irəlidədir. Xalqımız ağır atletlərimizdən yalnız qələbələr gözləsinlər. Ümid edirəm ki, biz Sinqapurdan da uğurla dönəcəyik.
Tahir HÜMMƏTOV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0