Milli komandamızın rəqibi Avstriyada islandı
25.05.2010 - 09:35
Honduras yığması Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcəyi Avstriyada problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, DÇ-2010-a hazırlıq prosesini də orada Alp dağları ətrafında keçirməyi planlaşdıran honduraslılar məkanını dəyişməli olub. Belə ki, rəqibimizin qalmaq niyyətində olduğu Bad Blayberq şəhərindəki meydança güclü leysan yağışları nəticəsində yararsız hala düşüb. Nəticədə Honduras yığması digər şəhərdə - Hermaqorda məskən salacaq. Ora Bad Blayberqddən 250 metr aşağıda yerləşir.
Qeyd edək ki, Azərbaycan - Honduras oyunu iyunun 2-də Zalsburq federal torpağında keçiriləcək. Yığmalar Sel-am-Zi dairəsinin elə bu adı daşıyan şəhərinin stadionuna çıxacaq. Təxminən 10 min əhaliyə malik kurort şəhərciyi dəniz səviyyəsindən 750 m yüksəklikdə, Zeller gölünün yaxınlığındadır.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0