Kriştiano Ronaldo Azərbaycan yığmasından zəif rəqibə qalib gələ bilmədi - FOTO
25.05.2010 - 10:16
Portuqaliya yığması DÇ-2010-un startına az qalmış sensasiyaya imza atıb. Apasport.az saytının məlumatına görə, dünyanın ən bahalı futbolçusu olan Kriştiano Ronaldonun kapitanı olduğu yığma Kabo-Verde yığması ilə evdə keçirdiyi yoldaşlıq görüşündə rəqibin müqavimətini qıra bilməyib – 0:0.
Ronaldo və bir sıra aparıcı futbolçuların oynadığı görüşdə meydan sahibləri FİFA-nın reytinqində 117-ci yerdə gedən yığmaya qalib gələ bilməyib. Afrika qitəsinin təmsilçisi Azərbaycan yığmasından 7 pillə geri qalır. Milli komandamızla 4 dəfə görüşən portuqaliyalıların 11 il öncə Bakıda rəsmi oyunda 1:1 hesablı heç-heçə etməsi, məğlubiyyətdən son saniyələrdə yaxa qurtarması tarixində ən zəif oyunlardan sayılır.
Qeyd edək ki, Portuqaliya DÇ-2010-da Braziliya, Kot D’İuvar və Şimali Koreya yığması ilə bir qrupa düşüb.

- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
0
0