Ballakın əvəzləyicisi də mundialda oynamayacaq
25.05.2010 - 15:27
Almaniya yığmasının daha bir futbolçusu DÇ-2010-da iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, “Ştutqart” klubunun “Yujni Tirol” klubuna 4:0 hesabı ilə qalib gəldiyi yoxlama oyununda 22 yaşlı yarımmüdafiəçisi Kristian Treşin aldığı zədə ciddi olub.
Tibbi müayinə göstərib ki, futbolçunun sağ topuğu çıxıb və bərpa prosesinə 4 həftəyə yaxın vaxt gedəcək. Bununla da Treş CAR-da keçiriləcək mundialda oynaya bilməyəcək. Özü də Kristian yığmanın kapitanı Mihael Ballak zədələnəndən sonra onun mövqeyinə əsas namizədlərdən sayılırdı. Treşin də kənarda qalması ilə baş məşqçi Yoahim Lövün siyahısı 25 futbolçuya kimi azalıb.
Qeyd edək ki, DÇ-2010-un iştirakçıları 23 nəfərdən ibarət son heyəti iyunun 1-dən gec olmayaraq FİFA-ya göndərməlidirlər.

- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
0
0