Daha 4 jurnalist mundialda soyğunçuluğa məruz qaldı
10.06.2010 - 14:57
Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatını işıqlandırmağa gələn daha 4 jurnalist soyğunçuların hücumuna məruz qalıb. Apasport.az saytının məlumatına görə, çinli həmkarlarımızın maşını saxlanaraq, ciblərində olan pulları və fotoaparatları əllərindən alınıb.
Son 2 gündə 7 jurnalistin qarət edilməsi mundialın təşkilat komitəsini də narahat edib. Onlar CAR-a gələn bütün iştirakçılara müraciət edərək ehtiyatı əldən verməməyə çağırıblar: “Qaldığınız yerdən çıxarkən ehtiyatlı olun! Bahalı əşyalarınızı və pullarınızı hər zaman qoruyun və onları maşının yük yerinə qoymayın. Bundan əlavə, avtomobilinizin qapısını və şüşəsini heç kimə açmayın”.
Qeyd edək ki, bir gün öncə də “qara qitə”də 3 mətbuat nümayəndəsi oğrular tərəfindən soyulmuşdular.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0