Uğursuz Dünya Kuboku
14.06.2010 - 09:53
Cüdo üzrə kişilər arasında Portuqaliyada, qadınlar arasında isə Estoniyada keçirilən Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2 yarışda 7 cüdoçu (5 kişi, 2 qadın) ilə qüvvəsini sınayan Azərbaycan yığması vətənə medalsız dönüb.
Belə ki, kişi cüdoçuların mübarizəsində tatamiyə çıxan Samir Dadaşzadə (66 kq) və Murad Rəcəbli (81 kq) ilk döyüşdəcə təslim olublar. Onlardan fərqli, Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq) və Elxan Məmmədov (90 kq) isə bir mərhələ keçsələr də, ikinci mərhələdə məğlubiyyətlə üzləşiblər.
Qadın cüdoçuların yarışında Kifayət Qasımova (57 kq) zədədən sonra ilk dəfə mübarizəyə qoşulub. Birinci döyüşdə ev sahiblərinin idmançısına qalib gələn həmyerlimiz 1/8 final səddini keçə bilməyib. Onun daha sonra təsəlliverici görüşdə də bəxti gətirməyib və 7-ci yerlə kifayətlənib.
Komandamızın digər üzvü Ramilə Yusubova (63 kq) da komanda yoldaşında geri qalmayıb və o, da Dünya Kubokunu 7-ci yerdə bitirib.
Qeyd edək ki, hər iki yarış London-2012-yə lisenziya xalı verirdi.

- Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək
- Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
0
0