Televiziya işçiləri mundialda qarət olunub
14.06.2010 - 13:45
Dünya çempionatının keçirildiyi Cənubi Afrika Respublikasında növbəti qarət hadisəsi qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “qara qitə”də bu dəfə oğruların “qəzəbinə” Yeni Zelandiya televiziyasının çəkiliş qrupu tuş gəlib.
Belə ki, jurnalistlər qaldığı otelin restoranında yemək yeyərkən qarətçilər onların otağına daxil olublar və burada olan bütün avadanlıqları (kamera, səsgücləndirici və işıqlandırma avadanlıqları, peyk antenası və kompüter) götürərək hadisə yerini tərk ediblər.
Qeyd edək ki, Yeni Zelandiya televiziyasının çəkiliş qrupuna təxminən 70 min ABŞ dolları ziyan dəydiyi bildirilir.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0