Braziliya yığması özünə oxşamadı - YENİLƏNİB
16.06.2010 - 00:17
Bu gün futbol üzrə XIX dünya çempionatında iki oyun keçirilib. Apasport.az saytının xəbərinə görə, baş tutan qarşılaşmalarda qalib müəyyənləşməyib.
F qrupunda Yeni Zelandiya və Slovakiya yığmaları üz-üzə gəlib. Avropalılar ikinci hissənin əvvəllərində oyundankənar vəziyyətdən hesabı açıblar. Vittek başla fərqlənməklə, özünün və komandasının mundialın final mərhələsində ilk qolunun müəllifi olub. Amma slovakiyalılar qələbə hesabını qoruya bilməyiblər. Matçın son dəqiqələrində zelandiyalılar rəqibin cavabını elə baş zərbəsi ilə veriblər. Hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə Rid oyunda son nöqtəni qoyub. Bu, eyni zamanda hər iki komandanın mundiallarda qazandığı ilk xal olub.
G qrupunun ilk matçında da he-heçə qeydə alınıb. Avropa təmsilçisi Portuqaliya yığması Kot d’İvuarla qarşılaşıb. Amma görüşdə qapılara top vurulmayıb.
Günün son matçında planetin ən titullu yığması Braziliya da mübarizəyə qoşulub. Beşqat dünya çempionları turnirin autsayderi sayılan Şimali Koreyanı sınağa çəkib. İlk hissədə qapılara top vurulmayıb. Fasilədən sonra isə braziliyalılar iki dəfə hesabda önə çıxıblar. Koreyalılar isə bu qollardan yalnız birinin əvəzini çıxa biliblər.
15 iyun
F qrupu
16:30. YENİ ZELANDİYA – SLOVAKİYA - 1:1
QOLLAR: Rid, 90+3 - Vittek, 50
Rustenburq. “Royal Bafokenq” stadionu
Baş hakim: Cerom Deymon (CAR)
YENİ ZELANDİYA: Paston, Loçxed, Rid, Vitseliç, Nelsen, Elliott, Şmelts, Killen, Bertos, Fellon, Smit.
SLOVAKİYA Muxa, Şkrtel, Çex, Zabavnik, Ştrba, Vayss, Şestak, Vittek, Dyuritsa, Qamşik, Endrişek
G qrupu
19:00. KOT D’İUVAR – PORTUQALİYA - 0:0
Port-Elizabet. “Nelson Mandela Bey” stadionu
Baş hakim: Xorxe Larrionda (Uruqvay)
KOT D’İUVAR: Barri, Kolo Ture, Zakora, Kalu, Tote, Jervinyo, Dindan, Tyene, Ture, Demel, Ebue
PORTUQALİYA: Eduardu, Alveş, Fereyra, Karvalyu, Ronaldo, Mendeş, Liedson, Danni, Meyreleş, Deku, Koentrau
23:30. BRAZİLİYA – ŞİMALİ KOREYA - 2:1
QOLLAR: Maykon, 55; Elano, 72 - Yu Nam Ji, 89
Yohannesburq. “Ellis Park” stadionu
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
BRAZİLİYA: Julio Cezar, Maykon, Lusio, Juan, Bastos, Gilberto Silva, Melo, Elano, Kaka, Robinyo, Fabiano
ŞİMALİ KOREYA: Myong Guk, Jong Hyok, Jun Il, Nam Chol, Kwang Chon, Yun Nam, Tae Se, Yong Jo, In Guk, Chol Jın, Yong Hak

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0