Droqba oynadı, Keyruş narazı qaldı
16.06.2010 - 09:54
Kot D’İuvar yığmasının kapitanı Didye Droqbanın mundialın ilk turunda Portuqaliya yığması ilə görüşdə (0:0) sarğıda oynaması problem yaradıb. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçunun meydana xüsusi bərk sarğıda çıxması rəqib komandanın baş məşqçisi Karlus Keyruşun narazılığına səbəb olub.
O bildirib ki, belə sarğıda oynamağa icazə verilməməlidir: “Qaydalara görə, plastikdən hazırlanan bərk sarğıda meydana çıxmağa qadağa qoyulub. Mən bunu ona görə demirəm ki, Droqbanın meydana belə sarğıda çıxacağı haqda bizi xəbərdar etmədilər. Sadəcə, qaydaların hamı üçün eyni olduğuna əmin olmaq istərdik”.
Qeyd edək ki, mundialdan öncəsi yoldaşlıq görüşündə əlindən zədələnən Didyenin ümumiyyətlə, turnirdə iştirakı sual altında idi. Ancaq yığması onu heyətdən çıxarmadı və FİFA rəhbərliyi Droqbaya meydana sınmış əllə çıxmağa icazə verdi. Ancaq həkimlər futbolçunu əli xəsarətdən qoruyan xüsusi sarğı geyməyə məcbur etdi.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0