Maradona koreyalılara sataşdı: Onlar futbol yox, taekvando oynayırdı
16.06.2010 - 11:31
Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona yenə qalmaqal yaradıb. Apasport.az saytının məlumatına görə, mundilada ilk dəfə çalışdırıcı kimi iştirak edən əfsanəvi futbolçu bu dəfə Cənubi Koreya yığmasının “bostanına daş atıb”.
Maradona 1986-cı ildə kapitan kimi dünya çempionu qazandığı mundialda cənubi koreyalılarla görüşüb və qrup oyununda 3:1 hesablı qələbə qazanıb. Özü də koreyalıların baş məşqçisi Xu Cun Mu həmin vaxt ona qarşı oynayıb. Maradona ilə Mu bu dəfə baş məşqçi kimi qrupda rəqibdir və növbəti turda görüşəcəklər: “Mən Xunu unutmamışam, onu yaxşı xatırlayıram. 1986-cı ildə Cənubi Koreya yığması həmin vaxt bizə qarşı futbol yox, taekvando oynayırdı”.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0