Braziliya 1/8 finala çıxıb, Kakanı itirdi - YENİLƏNİB
21.06.2010 - 00:20
Braziliya 1/8 finala çıxıb, Kakanı itirdi - YENİLƏNİB
DÇ-2010-da ikinci 1/8 finalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Hollandiya yığmasının ardınca Braziliya millisi də qrupdan çıxmaq vəzifəsini sona bir tur qalmış həll edib. Ancaq fərq ondadır ki, hollandlar 1/8 finala qrup qalibi kimi çıxmağı artıq rəsmiləşdirdiyi halda, dünyanın ən titullu yığmasının tutacağı yerə hələ aydınlıq gəlməyib. Braziliyalılar ardıcıl ikinci qələbəsini qazandığı oyunda lideri Kakanı itirib. Belə ki, ikinci “sarı”, ardından qırmızı vərəqə alan yarımmüdafiəçi meydandan qovulub. Nəticədə cəzalı duruma düşən Kaka son turda Portuqaliya ilə görüşü buraxacaq. Kot D’İuvar yığması isə kapitanı Didye Droqbanın sayəsində mundialda ilk qolunu braziliyalılara vursa da, bu, təsəllidən başqa bir şey olmayıb. Pentakampeonlarda isə dubl edən Luis Fabiano ilə yanaşı, “Qalatasaray”ın futbolçusu Elano Blumer mundialda iki qolla bombardirlər siyahısında yer alıb.

İtaliya və Yeni Zelandiya yığmalarının görüşündəki nəticəni isə mundialın ən böyük sensasiyası saymaq olar. Son dünya çempionu turnirin ən zəif komandalarından birini yenə bilmədi. Bu azmış kimi, italyanlar ardıcıl ikinci dəfə 1:1 hesablı bərabərliyə qaldığı oyunda yenə sonradan qol vurmaqla məğlubiyyətdən xilas olub. İndi onlar 1/8 finala çıxmaq üçün son turda Slovakiyanı məğlub etməlidir. Bu qrupda ilk qələbə qazanan Paraqvay liderliyə yüksəldi.

F qrupu, II tur

SLOVAKİYA – PARAQVAY – 0:2
QOLLAR: Vera, 27; Riberos, 86
Baş hakim: Eddi Melle (Seyşel)
Blumfonten. Fri Steyt stadionu
SLOVAKİYA: Muxa, Pekarik, Şkrtel, Ştraba, Aayss, Kozan, Şestak, Vittek, Dyuritsa, Qamşik, Salata
PARAQVAY: Vilyar, Morel, Bonet, Krus, Vera, Silva, Kasares, Riveros, Valdes, Barrios, Alkaras.


19:00. İTALİYA – YENİ ZELANDİYA - 1:1
QOLLAR: Yakvinta, 29 (p) - Şmelts, 7
Baş hakim: Karlos Alberto Batres (Qvatemala).
Mbombela. Nelspreyt stadionu
İTALİYA: Marketti, Krişito, Kyellini, Kannavaro, Zambrotta, de Rossi, Pepe, Yakvinta, Markizio, Montolivo, Cilardinyo.
YENİ ZELANDİYA: Paston, Loçxed, Rid, Vitseliç, Smit, Nelsen, Elliott, Bertos, Killen, Smelts, Fallon.



G qrupu


23:30. BRAZİLİYA – KOT D`İVUAR - 3:1
QOLLAR: Fabiano, 25; 50; Elano, 62 - Droqba, 79
QIRMIZI VƏRƏQƏ: Kaka, 87
Baş hakim: Stefan Lannua (Fransa)
Yohannesburq. Sokker Siti stadionu
BRAZİLİYA: JuliO Sezar, Maykon, Lusiu, Juan, Felipe Melu, Bastos, Elano, Jilbertu Silva, Kaka, Robinyo, Luis Fabiano.
KOT D`İVUAR: Barri, Demel, Kolo Ture, Ebue, Tyene, Zokora, Tiote, Yaya Ture, Dindan Aruna, Kalu, Droqba.