“Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodri “Barselona”ya keçidi rəsmiləşdirmək üçün Kataloniyaya yollanıb.
Apasport.az xəbər verir ki, 30 yaşlı futbolçu sabah tibbi müayinədən keçəcək.
Sənədlər imzalandıqdan sonra “Barselona” transferi rəsmən açıqlayacaq.
Rodri Kataloniya klubuna keçidi ilə bağlı fikirlərini də bölüşüb:
“Xoşbəxtəm. Son günlər çox gərgin keçdi, amma hər şeyin həll olunmasına şadam. Əlbəttə, “Barselona”da oynamaq bir xəyaldır. Komanda yoldaşlarıma qoşulmaq üçün səbirsizlənirəm. Onların əksəriyyətini artıq tanıyıram”.
Qeyd edək ki, transferin ümumi məbləği 76,5 milyon avro təşkil edəcək. Bu məbləğin 60 milyon avrosu sabit ödəniş, 16,5 milyon avrosu isə bonuslar şəklində olacaq.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu