İngilislər növbəti zərbəni Əlcəzairdən aldılar
19.06.2010 - 00:22
İngilislər növbəti zərbəni Əlcəzairdən aldılar
DÇ-2010-da C qrupunda 2-ci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Sloveniya – ABŞ (2:2) oyunu kimi, İngiltərə - Əlcəzair görüşü (0:0) də heç-heçə bitib. Nəticədə qrupda son tur öncəsi bütün yığmalar 1/8 finala çıxmaq şansını saxlayır.

Günün digər sensasiyası İngiltərə yığmasının qrupun autsayderi sayılan Əlcəzairi yenə bilməməyi oldu. Qələbə qazana bilməyən Fabio Kapellonun komandası növbəti zərbəni afrikalılardan alıb. Hər iki görüşünü heç-heçə başa vuran ingilislərin hesabında 2 xal var. Qrupda 3-cü yerdə gedən İngiltərə 1/8 finala çıxmaq üçün son turda qrup lideri Sloveniyanı mütləq məğlub etməlidir. Kapellonun yetirmələrinin ABŞ-la xalları bərabər olsa ad, top fərqində ondan geri qalır.

18 iyun
D qrupu


16:30. Almaniya – Serbiya - 0:1

QOL: Yovanoviç, 38
QIRMIZI VƏRƏQƏ: Kloze, 37
60-cı dəqiqədə Podolski penaltidən yararlana bilməyib.
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Port Elizabet. Nelson Mandela stadionu
Almaniya: 1. Manuel Noyer, 16. Filip Lam, 3. Arne Fridrix, 17. Per Mertezaker, 14. Holger Badştuber, 7. Bastian Şvaynştayqer, 6. Sami Xedira, 8. Mesut Özil, 13. Tomas Möller, 10. Lukas Podolğski, 11. Miroslav Kloze.
Serbiya: 1. Vladimir Stoykoviç, 3. Aleksandr Kolarov, 5. Nemanya Vidiç, 6. Branislav İvanoviç, 10. Deyan Stankoviç, 14. Milan Yovanoviç, 15. Nikola Jiqiç, 17. Miloş Krasiç, 18. Miloş Ninkoviç, 20. Neven Soboyiç, 22. Zdravko Kuzmanoviç

C qrupu

19:00. Sloveniya – ABŞ - 2:2

QOLLAR: Birsa, 13; Lyubiyançik, 42 - Donovan, 48; Bredli, 82
Baş hakim: Koman Kulibali (Mali)
Yohannesburq. Ellis Park stadionu
SLOVENİYA: Handanoviç, Breçko, Şuler, Sezar, Koren (k), Lyubiyançik, Birsa, Novakoviç, Yokiç, Kirm, Radosavlyeviç.
ABŞ: Hovard, Bokaneqra (k), Bredli, Onyevu, Çerundolo, Dempsi, Donovan, Demerit, Torres, Altidor, Fayndli.


23:30. İngiltərə - Əlcəzair - 0:0
Baş hakim: Rövşən İrmatov (Özbəkistan)
Keyptaun. Qrin Point stadionu