Fabio Kapello: Bu, mən tanıdığım İngiltərə yığması deyil
19.06.2010 - 09:52
“Əlcəzair yığması ilə oyunda biz çoxlu top itirir, ötürmələrdə diqqətsiz oynayırdıq. Oyunu ümumilikdə qiymətləndirsək, mənə elə gəlir ki, heç də mən tanıdığım komanda oynamırdı. Ancaq bizim hələ bir oyunumuz qalıb. Ümid edirəm ki, həmin görüşdə daha yaxşı oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello deyib.
DÇ-2010-un əsas favoritlərindən olan ingilislər hələ ki qələbəyə həsrət qalıb. Hər iki oyunda heç-heçə edən Kapellonun komandası ABŞ-la 1:1, Əlcəzair ilə 0:0 hesablı bərabərliyə qalıb. İtalyan mütəxəssis futbolçularını tənqid etməkdən boyun qaçırıb: “Ola bilsin ki, yığmanın indiki durumu futbolçulara kənardan təzyiq olması ilə bağlıdır, yaxud indi onların heç də yaxşı vaxtı deyil. Mən bunları dəqiq bilmirəm. Konkret futbolçular haqda danışmaq xoşuma gəlmir. Əgər pis oynayırıqsa, bunda bir, yaxud iki futbolçu yox, komanda günahkardır. Fikrimcə, bu axşam bizdə lazımı komanda ruhu yox idi. Bu gün həddən artıq top itirdik. Bu, mən tanıdığım İngiltərə yığması deyil”.
İngilislər qrupun autsayderi sayılan Əlcəzairi da yenməməklə təkcə azarkeşlərini yox, baş məşqçisini də çox məyus etdi. Məsələ ondadır ki, oyun günü ad gününü qeyd edən Kapellonun 64 yaşı tamam olub. İndi İngiltərə 1/8 finala çıxmaq üçün son turda qrup lideri olan Sloveniyanı mütləq məğlub etməlidir. Kapello həmin görüşdə heyətdə dəyişiklər etmək fikrində olduğunu gizlətməyib: “Mən nəsə yeni şey sınamaq istəyirəm.
Növbəti oyunda taktikanı dəyişə bilərəm. Ancaq sizi əmin edirəm ki, futbolçuları Sloveniya ilə oyuna xüsusi kökləmək lazım deyil. Onlar nə etmək lazım olduğunu gözəl başa düşürlər. Bir oyunumuz qalıb və ümid edirəm ki, Sloveniya ilə görüşdə İngiltərə daha xoşbəxt olacaq”.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0