Azarkeş hirsini Devid Bekhemdən çıxdı
19.06.2010 - 10:33
Azarkeş hirsini Devid Bekhemdən çıxdı
Dünya çempionatının II turunda İngiltərə - Əlcəzair oyunundan (0:0) sonra qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, milli komandasının növbəti xal itkisindən qəzəblənən ingilis azarkeş paltardəyişmə otağına girib.

Orada məşhur ingilis futbolçu, yığmanın məşqçilər korpusunda yer alan Devid Bekhemlə toqquşan fanat kobudluğa əl atıb. İnsidenti böyüdən fakt odur ki, azarkeş ora daxil olduqdan bir neçə dəqiqə öncə kral ailəsinin üzvləri – şahzadə Harri ilə şahzadə Uilyam otağı tərk edib.

Bu səbəbdən İngiltərə Futbol Assosiasiyası stadionda təhlükəsizliyin təmin edilməməsi, azarkeşin paltardəyişmə otağına girməsinin qarşısına ala bilməməyinə görə FİFA-dan rəsmən üzr istəməyi tələb edir.

Qeyd edək ki, İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello zədə üzündən mundialda oynaya bilməyən 35 yaşlı Bekhemə köməkçiləri sırasında yer verib.