Kriştianu Ronaldo: Vurduğum qol gülməli alındı - FOTO
22.06.2010 - 09:07
“Şimali Koreya ilə oyunda vurduğum qol gülməli alındı. Zərbə vurmamışdan öncə topu bir az çiynimdə və başımda saxladım. Ancaq istənilən halda, qol qoldur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo deyib.
Dünyanın ən bahalı futbolçusu millidə 16 aylıq qolsuzluq seriyasını Şimali Koreya ilə görüşdə (7:0) qırıb. Ronaldo bildirib ki, əvvəl-axır qol vuracağı bilirmiş: “Ona görə narahat deyildim ki, məhz mən qol vurmurdum. Narahatlığıma səbəb bu qolların komandaya lazım olması idi. Düzdür, vurduğum qol yeddisindən biri oldu. Bilirsiniz, dünya çempionatında 7 qol vurmaq heç də asan məsələ deyil. Buna sonuncu dəfə kimin nail olduğu yadımda deyil. Bu fenomenal nəticəyə və oyuna görə komanda yoldaşlarıma minnətdarlıq etmək istərdim. İndi biz az sevinək, sonra növbəti oyun, braziliyalılarla görüş haqda düşünərik”.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0