Bredli: ABŞ sonadək mübarizə aparacaq
24.06.2010 - 10:28
“Qrup mərhələsində öz oyunumuzla nəyə qadir olduğumuzu göstərdik. İlk 3 görüşü məğlubiyyətsiz başa vuraraq 5 xal topladıq. Yəni artıq birinci imtahanımızdan üzüağ çıxdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri qrup mərhələsinin son oyununda Əlcəzair üzərində 1:0 hesabi ilə qələbə qazanan ABŞ yığmasının baş məşqçisi Bob Bredli deyib.
Bredli Cənubi Afrika Respublikasında əldə etdikləri uğurun növbəti mərhələlərdə də davam edəcəyini bildirib: “Biz artıq pley-off mərhələsi barədə fikirləşirik. İnanıram ki, gözəl oyunlar seriyasını sona kimi davam etdirəcəyik. Bu uğurlarımızda bizə dəstək olan azarkeşlərimizə də minnətdarlığımı bildirirəm. Onlar həmişə komanda ilə birlikdədirlər. Artıq növbəti qələbəmizi gözləsinlər. Biz xalqımızı sevindirməkdə davam edəcəyik”.
Qeyd edək ki, ABŞ futbolçuları pley-off mərhələsində Qana yığmasını sınağa çəkəcəklər.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0