İdmançımız “World Challenge Meetings” yarışlarında
24.06.2010 - 11:09
İyunun 26-da Rusiyada atletika üzrə “Znamenski qardaşları memorialı” adlı beynəlxalq turnirə start veriləcək. Apasport.az saytının məlumatına görə, Jukovski şəhərinin “Meteor” stadionunda keçiriləcək turnirdə 100 m məsafəyə qaçışda Azərbaycanın ən güclü atleti Ramil Quliyev də qüvvəsini sınayacaq.
Onunla yanaşı, bu növdə dünyanın tanınmış sprinterləri Andrey Yepişin (Rusiya), Mayk Rocers (ABŞ), Maykl Freyter və Stiv Mallinqs (Yamayka) iştirak edəcəklər. Mükafat fondu 200 min ABŞ dolları olan yarışda planetin 20 ölkəsindən 200-dən çox idmançı mübarizə aparacaq.
Bu ildən Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təqviminə salınan “Znamenski qardaşları memorialı” turniri “World Challenge Meetings” yarışlarının bir mərhələsidir.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0