Cüdoçumuz Avropa çempionu oldu
27.06.2010 - 09:00
Çexiyanın Teplise şəhərində yeniyetmə oğlan və qızlar arasında start götürən cüdo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yeniyetmələrdən ibarət milli komandanın məşqçiləri Rəşad Həsənov və Rəşad Məmmədovun rəhbərliyi altında mübarizə aparan cüdoçularımız qitə birinciliyinin ilk 2 günündə 1 qızıl və 1 bürünc medal qazanıblar.
Belə ki, 50 kq çəki dərəcəsində mübarizə aparan Mehman Sadıqov bütün rəqiblərindən üstün olaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlkin mərhələdə Litva və Bolqarıstan təmsilçilərini məğlub edən idmançımız yarımfinalda Rusiya, finalda isə Ukrayna cüdoçusuna qalib gələrək, Avropa çempionu adını qazanıb.
60 kq çəkili idmançıların mübarizəsində Hüseyn Rəhimli də yığmamızın aktivinə medal əlavə edib. İlk üç döyüşündə müvafiq olaraq, Bosniya və Herseqovina, Lixtenşteyn və Gürcüstan idmançısı üzərində təmiz qələbə qazanıb. Lakin yarımfinal görüşündə Rusiya təmsilçisi 50 kq çəki dərəcəsindəki komanda yoldaşının revanşını alaraq həmyerlimizin finala gedən yolunu kəsib. Nəticədə Rəhimli bürünc medal uğrunda yarışıb və sloveniyalı Kuralt Luka qalib gəlib.
Qeyd edək ki, qitənin ən mötəbər yarışında ölkəmizi Sinqapur-2010-da təmsil edəcək yeganə cüdoçumuz Cəlil Cəlilov (66 kq) da tatamiyə çıxıb. Təəssüf ki, o ümidləri doğrultmayıb və beşinci olub. Onun kimi İsgəndər Talışinskiy (55 kq), Məhəmməd Hüseynov (73 kq), Aygün Məmmədova (48 kq) və Şəfəq Muradzadə (52 kq) də məğlubiyyətlə üzləşiblər.
Bu gün komandamızın heyətində Qurban Qurbanov (81 kq) və Adəm Ələsgərli (+90 kq) mübarizəyə qoşulacaqlar.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0