“Biz hər bir komandaya problem yaratmaq gücündəyik”
26.06.2010 - 23:57
“Biz çox gözəl oyun nümayiş etdirərək, qələbə qazandıq. Düzdür, hesab bərabərləşdikdən sonra matçın heç-heçə bitəcəyini düşünmək də olardı. Lakin biz risk etdik və Suares fantastik qolla qələbəmizi rəsmiləşdirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreyanı 2:1 hesabı ilə məğlub edən Uruqvay yığma komandasının baş məşqçisi Oskar Tabares deyib.
O bildirib ki, onlar bütün rəqiblərini məğlub etmək gücündədirlər. Bunun üçün növbəti mərhələlərdə onlar heç bir komandadan çəkinmirlər: “Biz turnirə çox yaxşı hazırlaşmışıq. Növbəti oyunlarda rəqiblərimizin ad-sanından asılı olmayaraq, meydana qələbə qazanmaq üçün çıxacağıq. Yəni biz hər bir komandaya problem yaratmaq gücündəyik”.
Qeyd edək ki, Uruqvayın 1/4 final mərhələsində rəqibi ABŞ və Qana komandalarının ən güclüsü olacaq.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0