Cənubi Koreya yığması məğlubiyyəti bəxtsizliklə əlaqələndirdi
27.06.2010 - 00:35
Cənubi Koreya yığması məğlubiyyəti bəxtsizliklə əlaqələndirdi
“Məğlub olacağımızı gözləmirdim. Lakin bəxtsizlikdən qaçmaq olmaz. İkinci hissədə oyuna tam nəzarət etsək də, sonda dünya çempionatında mübarizəni dayandırmalı olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 1/8 finalda Uruqvaya uduzan Cənubi Koreya millisinin baş məşqçisi Xu Çun Mu deyib.

Koreyalı mütəxəssis bildirib ki, yetirmələrindən və azarkeşlərdən razı qalsa da, mundial erkən dayandırdıqları üçün təəssüf hissi keçirir: “Cənubi Afrika Respublikasında pis oynamadıq. Dünyanın 16 ən güclüsü sırasında yer aldıq. Lakin bundan qabağa gedə bilmədik. Halbuki, mənim komandam əsl koreyalılardan qurulub və onlar sona kimi mübarizəni sevirlər. Tapşırıqlarımı yerinə yetirsələr də, 1/4 finala çıxa bilmədik. Problem yoxdur. Növbəti yarışlarda bir daha gücümüzü göstərəcəyik. Həmin vaxt isə rəqiblərimiz qarşılarında çox güclü Cənubi Koreya görəcəklər”.